Filter:
Kateqoriya
//Post başlığı

DİZAYNERLƏRİN QORXDUĞU VƏ YARALI YERİ OLAN PORTFOLİO

Dizayn sahəsini öyrənib özümü təkmilləşdirdiyim gündən özümə yaxşı portfolio hazırlamağa çalışdım, amma ilk gündən çətinlik çəkməyə başlamışdım. Səbəbləri isə tam açıq-aydın ortada idi. Hələ də tam peşəkar deyildim. Yəni ki, hələ az məlumatımın olduğunu və yenə də öyrənməli olduğumu bilirdim. Mən öz mənfi cəhətimi bilirdim. Və bunun üzərində özümü təkmilləşdirməyə başladım. 2014-cü ildə Rusiyada MMO-Network adlı bir şirkətdə vakansiya olduğu gördüm və öz portfoliomu tez tələm-tələsik fayl şəklində göndərdim. Bu zaman ağlıma behance, dribbble kimi platformaların olduğu gəlməmişdi. Behance və dribbble haqqında məqalənin sonlarında məlumat verməyə çalışacam.
2 il müddətində MMO-Networkdə çalışdım və artıq daha yaxşı işlər görməyə başlamışdım. Özümü daha da təkmilləşdirdim. Mənim özümü təkmilləşdirməyə əsas motivasiya bu işi sevməyim idi. Bu işim yekunlaşdı və öz layihələrim üzərində çalışmağa başladım. Uİ/UX dizayn üzrə özümü təkmilləşdirdim. 2016-ci ildə özümə Behance hesabı açmağı qərara aldım və ilk işimi yüklədim. Etdiyim işlərin aktual və keyfiyyətli olmadığını görüb yığışdırdım. Bu davam etdi və mən hesabı bir müddətlik bağladım. Yenə də öz üzərimdə çalışdım və yaxşı işlər etmək üçün yeni məlumatlar öyrəndim.
2017-ci ilin ilk başlarından başlayaraq bir sıra şirkətlərdə könüllü dizayner işləməyə başladım. 2011-ci ildən bu zamana kimi bir çox öyrəndiklərimi burda tətbiq etdim və könüllü çalışdığım müddətdə etdiyim işlər xeyli bəyənildi. Bu kimi işləri bir araya toplayıb onların təqdimatını hazırlamağa başladım. Behance və dribbble hesablarıma yüklədim. Və xeyli keyfiyyətli oldu. Artıq qərara aldım ki, bu işləri öz saytım üzərindən də paylaşım və nəticədə bu platforma ərsəyə gəldi.
Artıq bu sahədə olduğum 7 il müddətində xeyli macəralar yaşadım və nəticələr çıxardım.

1. Portfolio açmağı heç bir zaman təxirə salmayın, özünüzə behance və dribbble hesabı açıb mütəmadi olaraq 15 gün fasilə ilə işlərinizi paylaşın. Özünüzə kompleks etməyin ki kimsə məndən yaxşıdır və mənim işlərim pisdir. Bu sizi geriyə salacaq. Gündəlik bu platformalarda aktiv olmağa çalışın.

2. Behance-də olan möhtəşəm təqdimatlı portfoliolar etalon olmasın. Orda bəzən elə portfolio işləri olur ki, böyük ehtimalla təqdimatın hazırlanması işin özünün hazırlanmasından daha çox vaxt aparıb. Bol vaxt və həvəsiniz varsa buyurun. Amma elə təqdimatları əsas alsanız, əmin olun ki, öz portfolio işinizi hər zaman zəif hesab edəcəksiniz. Bundan başqa portfolio digər dizaynerlər arasında öyünmək üçün deyil. Onun məqsədi potensial müştəri və ya işəgötürənə öz gördüyünüz işləri göstərməkdir. Ona görə də səhifəyə qoyacağınız portfolio təqdimatlarının çox “like” almaması və ya baxılmaması sizi həvəsdən salmasın. Vacib olan içi dolu portfolio səhifənizin olmasıdır.

01.Instagram

© NEMANLI 2018. Bütün hüquqlar qorunur.
Close